Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, ABŞ hüquq-mühafizə orqanının H160-ı öz parkına əlavə etdiyi ilk hadisədir.
Təşkilatın helikopter parkını modernləşdirmək səyləri çərçivəsində o, həmçinin 2024-cü ildə 2 ədəd H145 sifariş verib.
1931-ci ildə qurulan Nyu-York Ştat Polisinin Aviasiya Bölməsi bütün ştatda hüquq-mühafizə orqanlarına dəstək, xilasedici missiyalar və ətraf mühitin mühafizəsi kimi müxtəlif xidmətlər təqdim edir.
“Airbus H160” öz sinfində yüksək əməliyyat təhlükəsizliyi və müstəsna rahatlıq təklif etmək üçün nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az