Trampın girov məsələləri üzrə xüsusi nümayəndəsi istefa verəcək

2025/03/0e7fd-1742014332.jpg
Oxunub: 409     07:02     15 Mart 2025    
ABŞ Prezidenti Donald Trampın girovlarla iş üzrə xüsusi nümayəndəsi Adam Beler vəzifəsini tərk edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” portalı Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Onların fikrincə, istefa planlaşdırılıb və Tramp administrasiyasının Belerə başqa vəzifədə daha geniş səlahiyyətlər vermək istəyi ilə bağlıdır.

Eyni zamanda, “Axios” qeyd edib ki, Beler son vaxtlar Fələstinin HƏMAS hərəkatı ilə amerikalı girovların azad edilməsi və Qəzza zolağında daha geniş atəşkəs sazişinin bağlanması mümkünlüyü ilə bağlı birbaşa danışıqlarda iştirakına görə medianın diqqətini cəlb edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Girov   İstefa  


Bizi "telegram"da izləyin