“Embraer” Polşanı Avropadakı aviasiya mərkəzinə çevirməyi hədəfləyir

2025/03/1741940260.jpg
Oxunub: 530     12:57     17 Mart 2025    
Dünyanın aparıcı aviasiya şirkətlərindən biri olan “Embraer” Polşanı özünün yeni Avropa mükəmməllik mərkəzinə çevirmək planlarını açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Embraer” prezidenti və baş icraçı direktoru Fransisko Qomes Neto hazırkı və potensial biznes tərəfdaşları ilə görüşmək üçün yüksək səviyyəli kommersiya və vəkillik komandası ilə Polşaya səfər edir.

Bu səfər çərçivəsində istehsal, son montaj, texniki xidmət və təmir, sərnişin təyyarələrinin yük təyyarələrinə çevrilməsi, araşdırma-inkişaf etdirmə (Ar-Ge) və elektrikli şaquli qalxma-enmə icra edən hava platformaları (eVTOL) kimi sahələrdə əməkdaşlıq müzakirə olunur.

“Embraer” Polşada “Lukasiewicz” Aviasiya İnstitutu (iLOT) ilə “Ar-Ge” əməkdaşlığını elan edib. Əməkdaşlıq yeni nəsil aviasiya materialları, uçuş texnologiyaları, aerodinamik dizayn və texniki xidmət prosesləri kimi sahələri əhatə edir.

Bu təşəbbüslərin 10 il ərzində Polşa iqtisadiyyatına 3 milyard dollar töhfə verəcəyi və 5000 iş yerinin yaradılacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Embraer   Polşa   Avropa  


Bizi "telegram"da izləyin