“Arma” 6×6 və “Yörük” 4×4 Estoniya ordusuna güc qatacaq

2025/03/2025--1741939807.jpg
Oxunub: 494     09:58     15 Mart 2025    
Türkiyə müdafiə sənayesi çərçivəsində inkişaf etdirilən “Arma” 6×6 və NMS (Yörük) 4×4 təkərli zirehli vasitələri sürətli çatdırılma cədvəli ilə Estoniya Müdafiə Qüvvələrinə güc qatıb.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “Nursipalu” Təlim Sahəsində Estoniya Müdafiə Qüvvələrinin ehtiyac duyduğu və tədarükünə başlanan təkərli zirehli vasitələrin tenderini qazanan “Otokar Arma” 6x6 və “Nurol Makina Yörük” 4x4 modellərinin tanıtım tədbiri keçirilib.

Daha öncə təkərli zirehli vasitələri olmayan 2-ci Piyada Briqadası üçün “Arma” 6x6 vasitələri alınıb.

NMS 4x4 ilə 1-ci və 2-ci Piyada Briqadalarında kiçik komandaların istifadə etdiyi bu sinfə məxsus vasitələrin sayı artırılacaq, daxili təhlükəsizlik bölmələri imkanlarla təmin ediləcək.

Tədbirdə çıxış edən Estoniyanın müdafiə naziri Hanno Pevkur vasitələrin çatdırılmasında əməyi olan hər kəsə təşəkkür edib.

Pevkur bu təhvil-təslim işinin qısa müddətdə başa çatdırılmasının böyük uğur olduğunu vurğulayıb.

“Ümid edirəm ki, istehsalçılar vədlərinə əməl edəcək və il ərzində bütün qalan vasitələri təhvil verəcəklər. Beləliklə, məşqlərə və təlimlərə başlaya bilərik. İlkin rəylərə əsasən, vasitələr kifayət qədər yaxşı işləyir. Qarşıdakı intensiv təlim prosesində biz ümid edirik ki, bu vasitələrdən ən yaxşı rəy alacağıq və vasitələri daha da inkişaf etdirmək üçün istehsalçılara faydalı rəylər təqdim edəcəyik”, - deyə Estoniyanın müdafiə naziri əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Arma   6×6   Yörük   4×4   Estoniya  


Bizi "telegram"da izləyin