Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, İspaniya Silahlı Qüvvələrinə təhvil verilən üçüncü sistemdir.
Məlumata görə, yeni simulyator real əməliyyat ssenarilərini simulyasiya edərək, pilot hazırlığını əhəmiyyətli dərəcədə artıran yüksək realizm səviyyəsi təklif edir.
Simulyator tələb olunan təlim saatlarının 40%-ni əhatə etməklə, pilot hazırlığını sürətləndirmək üçün nəzərdə tutulub.
Simulyator, həmçinin missiyanın təhlükəsizliyini və səmərəliliyini artırır, əməliyyat xərclərini azaldır, təyyarələrin ömrünü uzadır və ətraf mühitə təsirləri minimuma endirir. O, həmçinin təlim xərclərini azaldır, texniki xidməti 33%-dən çox azaldır və CO2 emissiyalarının qarşısını alır.
“Indra”nın NH90 simulyatorları digər təlim sistemləri ilə inteqrasiya etmək qabiliyyəti ilə də tanınır və birgə təlimlər üçün imkanlar yaradır.
Ən son avioniklərlə təchiz edilmiş simulyator yüksək reallıqla NH90 helikopterinin kokpitini simulyasiya edir.
Pilotlar gecəgörmə dəbilqələri kimi missiya üçün xüsusi avadanlıqdan istifadə edərək, məşq edə bilərlər.
Sevinc Əliyeva
Ordu.az