Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ECOWAS-a üzv ölkələrin Baş Qərargah rəisləri bölgədə artan terror problemlərini müzakirə etmək üçün Nigeriyanın paytaxtı Abucada keçirilən ECOWAS Qərargah Rəisləri Komitəsinin 43-cü Adi Toplantısında bir araya gəliblər.
İclasda 2024-cü ilin oktyabrında yaradılmasına qərar verilən və bölgədə terrorla mübarizə üçün hərəkətə keçən 5 min nəfərlik ehtiyat qüvvənin öz missiyasına başlayacağı təsdiqlənib.
İclasda çıxış edən Nigeriyanın müdafiə naziri Məhəmməd Badaru Abubakar bölgədə 5 min nəfərlik birlik yaradılmasının terror təhlükəsi ilə mübarizədə üzv ölkələrin birgə qərarlılığı olduğunu bildirib.
Abubakar bölgədə artan terror təhlükəsinə qarşı ehtiyat qüvvələrin öz vəzifələrinə başladığını, bu qüvvə ilə bölgədəki terror problemlərinin sona çatacağını və təhlükəsizliyin təmin ediləcəyini bildirib.
Nigeriya Baş Qərargah rəisi Kristofer Musa təhlükəsiz mühit olmadan iqtisadi inkişafın əldə edilə bilməyəcəyini və bölgədə təhlükəsizliyin təmin edilməsi üçün şəraitin yaradılması lazım olduğunu bildirib.
Sevinc Əliyeva
Ordu.az