“Airbus Helicopters” H140 helikopterini təqdim edib

2025/03/1741932505.jpg
Oxunub: 550     18:28     16 Mart 2025    
“Airbus Helicopters” şirkəti Texas ştatının Dallas şəhərində keçirilən VERTICON sərgisində özünün yeni yüngül iki mühərrikli helikopteri H140-ı təqdim edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 3 ton sinfinə məxsus rotorlu hava platforması təcili tibbi yardım (EMS), sərnişin daşıma, özəl və kommersiya aviasiyası üçün nəzərdə tutulub.

Helikopterin 2028-ci ildə xidmətə daxil olacağı və ilkin olaraq təcili tibbi yardım üçün istifadə ediləcəyi gözlənilir.

Tədbirdə EMS konfiqurasiyasında H140-ın tam miqyaslı modeli də təqdim olunub.

Helikopter yeni T formalı quyruq quruluşuna, əsas rotora və təkmilləşdirilmiş mühərriklərə malikdir.

Platforma genişləndirilmiş kabinə sahəsi, böyük pəncərələri və yenidən işlənmiş planı ilə 6 sərnişini daşıya bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Airbus-Helicopters   H140  


Bizi "telegram"da izləyin