Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Yunanıstan 2025-2037-ci illəri əhatə edən yeni 12 İllik Müdafiə Proqramını martın 18-də Yunanıstan parlamentində elan edəcək.
Proqramı Baş nazir Kiriakos Mitsotakis elan edəcək, ardınca müdafiə naziri Nikos Dendias ətraflı açıqlamalar verəcək.
“Defence Review” tərəfindən verilən məlumata görə, yeni proqram rəsmi olaraq Uzunmüddətli Müdafiə Tədarük Planı (ΜΠΑΕ) adlanır və 25 milyard avro büdcə ilə Yunanıstan Silahlı Qüvvələrinin bütün modernləşdirmə ehtiyaclarını əhatə edir.
Bu büdcəyə 2019-cu ildən həyata keçirilən layihələrin ödənişləri də daxil ediləcək.
Proqramın mərkəzində Yunanıstan Hərbi Dəniz Qüvvələri üçün layihələr dayanır.
Ən kritik layihələr arasında bunlar yer alır:
MEKO 200HN freqatlarının modernləşdirilməsi
4-cü FDI HN freqatının alınması
“Scalp Naval” qanadlı raketlərinin inventara əlavə edilməsi
2+2 ədəd yeni sualtı qayığın inşası
“Super Vita” sinfinə məxsus hücum qayıqlarının modernləşdirilməsi
“Type 214” sualtı qayıqlarının yenilənməsi
Sevinc Əliyeva
Ordu.az