Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, bu seçim “Arriel” ailəsinin son modeli olan 950 at gücünə malik mühərrikin məhsuldarlığı və dayanıqlılığı ilə bağlıdır.
Şirkət bəyan edib ki, “Arriel” ailəsi dünya üzrə 66 milyon saatdan çox uçuşa nail olub və yüngül helikopter bazarında istinad sayılır.
Mühərrikin təcili tibbi yardım xidmətləri (EMS), xilasetmə əməliyyatları və insan mühafizəsi kimi kritik missiyalarda istifadə edilən helikopterləri enerji ilə təmin etdiyi də bildirilib.
“Robinson Helicopter Company” müştəriləri “Safran Helicopter Engines”in qlobal dəstək şəbəkəsindən faydalanaraq, effektiv texniki xidmət, təmir və əsaslı təmir xidmətləri ala biləcəklər.
Bundan əlavə, R88 hava platforması satın alındığı andan etibarən hərtərəfli xidmət paketini əhatə edəcək. Bu paket beş il və ya 2000 uçuş saatı ərzində plandankənar texniki xidmət və müxtəlif xidmətləri əhatə edəcək.
40-dan çox helikopter növü üçün 15.500-dən çox istehsal edilən “Arriel” mühərriki aviasiya sektorunda etibarlı seçim olmağa davam edir.
Sevinc Əliyeva
Ordu.az