Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Yüngül Döyüş Təyyarəsi (LCA) “Mk1A”nın ilk arxa gövdəsi “Hindustan Aeronautics Limited” (HAL) şirkətinə təhvil verilib.
Təhvil-təslim mərasimi Hindistanın müdafiə naziri Rakşa Mantri Şri Racnath Sinqhin iştirakı ilə Karnataka ştatının Benqalur şəhərindəki HAL obyektlərində baş tutub.
Rakşa Mantri çıxışında bu hadisəni müdafiə istehsalında özünü təmin etmək yolunda tarixi addım kimi qiymətləndirib.
O, HAL və özəl sektor şirkətlərini Silahlı Qüvvələrin qabaqcıl platformalar və texnologiyalarla təchiz edilməsinə töhfələrinə görə yüksək qiymətləndirib.
Rakşa Mantri, həmçinin Hindistanın müdafiə sənayesi ekosistemində dövlət-özəl tərəfdaşlıqların artan rolunu vurğulayıb.
Məlumata görə, arxa gövdə HAL-ın Hindistandakı özəl şirkətlərlə bağladığı müqavilənin bir hissəsi kimi istehsal edilib.
Sevinc Əliyeva
Ordu.az