Sərhəd gözətçiləri: “ASELSAN Dragoneye-2”

2025/03/1741677567.jpg
Oxunub: 617     11:18     17 Mart 2025    
ASELSAN tərəfindən inkişaf etdirilən və 2019-cu ildən etibarən Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olan “Dragoneye” Termal Kamerasının yeni nəsil model sisteminin tədarük sayı sürətlə artır.

İlk olaraq ötən ilin sonunda ASELSAN tərəfindən həyata keçirilən 2025-ci il üçün tədarüklərin ilk partiyası Türkiyə Silahlı Qüvvələri tərəfindən qəbul edilib.

Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada qeyd edilib:

“Çatdığı səviyyə və gələcək hədəfləri ilə bütün dünyada adından söz etdirən yerli və milli müdafiə sənayesi məhsullarımızla Türkiyə Silahlı Qüvvələrinin quru, dəniz, hava, kiber və radioelektron mübarizə sahələrində effektivliyi və çəkindiriciliyi daha da artır. Bu çərçivədə Quru Qoşunları Komandanlığımız tərəfindən müxtəlif həcmdə “Dragoneye-2” Termal Kamerasının yoxlama və qəbul fəaliyyətləri tamamlanıb”.

Lazer Məsafəölçən

Orta Dalğalı İnfraqırmızı (MWIR) Sensoru ilə HD Rəngli TV vasitəsilə görüntü təmin edən sistem davamlı yaxınlaşdırma qabiliyyəti ilə diqqət çəkir. Qəbul edilən görüntülərin Lazer Məsafəölçən (LM) ilə uzaqlığı ölçülür.

Maqnit Kompas və GPS İnteqrasiyasına əlavə olaraq, “Ethernet” İnfrastrukturu görüntünün sürətli ötürülməsinə imkan verir. Kameranın rəqəmsal video çıxışı da var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN   Dragoneye-2  


Bizi "telegram"da izləyin