Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Airbus” maliyyə çətinliklərinin həllini tapmaq üçün “Thales” və “Leonardo” ilə əlaqə saxladığını bildirib.
Avropa peyk şirkətləri “Starlink” kimi yeni biznes modelləri ilə rəqabət aparmaq üçün mübarizə aparır.
“Airbus”, “Thales” və “Leonardo” kimi şirkətlər Şimali Amerikadan dörd dəfə kiçik bazar üçün oxşar peyklərin yaradılmasının iqtisadi təzyiqləri ilə mübarizə aparır.
“Airbus”un İspaniya üzrə prezidenti Fransisko Xavyer Sançes Sequra Madriddə keçirilən görüşdə bildirib: “Doğrudur, kosmos sektorunda böyük itkilər verdik”.
Sequra Avropada demək olar ki, bütün peyk istehsalçılarının maliyyə çətinliyi yaşadığını və bunun texnoloji risklər, kiçik bazar həcmi ilə bağlı olduğunu deyib.
Sequra qeyd edib ki, Avropanın kosmos sektoru Ukraynaya müəyyən dəstək vermək potensialına malikdir.
O vurğulayıb ki, Avropa “Starlink”in Ukraynaya qoyduğu təzyiqi azaldacaq imkanları işə sala bilər.
Sevinc Əliyeva
Ordu.az