Kanada 120 illik silah anbarını modernləşdirir

2025/03/1741673387.jpg
Oxunub: 473     14:52     15 Mart 2025    
Kanada Yeni Şotlandiya əyalətinin Halifaks şəhərində yerləşən və 120 illik silah anbarı olan “North Park Armoury”ni təmir edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 60,6 milyon Kanada dolları dəyərində olan layihə çərçivəsində milli tarixi irs obyekti sayılan bina modernləşdiriləcək.

Birinci Dünya müharibəsi zamanı ciddi şəkildə zədələnmiş və federal olaraq təsnif edilmiş mədəni irs sahəsi statusuna sahib olan “North Park Armory” geniş bərpadan keçəcək.

Müdafiə nazirinin müavini Darren Fişer layihə haqqında bunları deyib:

“Bu layihə təkcə hərbi arsenalın təmiri deyil, həm də Kanadanın zəngin irsini və yerli tarixini qorumaq öhdəliyidir. “North Park Armory”nin qorunub saxlanılması və modernləşdirilməsi ehtiyat qüvvələrimizin uzun illər ərzində səmərəli xidmət göstərməsini təmin edəcək, eyni zamanda ortaq irsimizin mühüm hissəsini qoruyacaq”.

Layihənin birinci mərhələsində binanın eksteryeri, dam örtüyü və bünövrəsi üzərində işlər aparılacaq. 2028-ci ildə başa çatdırılması planlaşdırılan təmir prosesinin bölgədə 300-dən çox iş yeri yaratması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Şotlandiya  


Bizi "telegram"da izləyin