Ordu.az xəbər verir ki, bu çərçivədə Cənubi Koreya ilə masa arxasına oturan Varşava 6,2 milyard dollar dəyərində tədarük həyata keçirməyə hazırlaşır.
Ukrayna-Rusiya müharibəsindən dərhal sonra aqressiv silahlanma fəaliyyəti həyata keçirən Polşa bu fəaliyyətlər üçün Cənubi Koreyanı əsas tərəfdaşlarından biri seçib.
2022-ci ilin iyulunda Cənubi Koreya və Polşa arasında ümumi dəyəri təxminən 13,7 milyard dollar olan müdafiə sənayesi avadanlığının tədarükü üçün müqavilə imzalanıb.
Bu hərtərəfli müqaviləyə 180 ədəd K2 tankı, 212 ədəd K9 haubitsası və 48 ədəd FA-50-nin tədarükü daxildir.
Varşava administrasiyası indi daha 180 ədəd “K2 Black Panther” əsas döyüş tankı almaq üçün Seulla masaya oturub.
Təxminən 6,2 milyard dollar dəyərində olan ikinci K2 müqaviləsi üzrə danışıqların keçən il başa çatdırılması gözlənilirdi, lakin Polşa hökuməti ilə yerli müdafiə şirkəti arasında müqavilənin konkret detalları ilə bağlı fikir ayrılıqları səbəbindən gecikmələr yaşanıb.
Sevinc Əliyeva
Ordu.az