Tramp Zelenskinin resurslarla bağlı sazişi imzalayacağına inanır

2025/02/1740595084.jpg
Oxunub: 512     19:12     09 Mart 2025    
ABŞ prezidenti Donald Tramp Volodimir Zelenskinin Ukraynanın mineral ehtiyatları ilə bağlı saziş imzalamaq üçün Vaşinqtona qayıtmasını gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə Amerika lideri “Fox News” telekanalına müsahibəsində danışıb.

O, aparıcının Zelenskinin Vaşinqtona qayıdıb mineral ehtiyatlar üzrə saziş bağlayacağını gözləyirsinizmi sualına cavabında deyib: “Bəli, düşünürəm ki, bu baş verəcək”.

Bundan əvvəl NBC telekanalı mənbələrə istinadla bildirib ki, ABŞ-ın Kiyevə hərbi yardım göstərməsini və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etməsi üçün Ukraynanın faydalı qazıntıları üzrə sazişin bağlanması kifayət etməyəcək.

Qeyd edildiyi kimi, Tramp Zelenskidən sülh danışıqlarına münasibətini dəyişməsini və ərazi danışıqları da daxil olmaqla, güzəştə getməyə hazır olduğunu göstərmək istəyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Zelenski  


Bizi "telegram"da izləyin