Ordu.az xəbər verir ki, onun çıxışı "Al Arabiya" telekanalı tərəfindən yayımlanıb.
"Biz hamımız ölkədə milli birliyi qorumağa çalışmalıyıq, eləcə də sülh şəraitində birgə yaşamağa can atmalıyıq", - əş-Şəraa bildirib.
Əş-Şəraanın sözlərinə görə, mülki insanlara hücumlarda iştirak edənlər məsuliyyətə cəlb olunacaq.
Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində təhlükəsizlik qüvvələri ilə keçmiş prezidentin tərəfdarları arasında qarşıdurmalar başlayıb. Ən şiddətli toqquşmalar Cəbla şəhərində qeydə alınıb. Qarşıdurmalar nəticəsində 600-dən çox insan həyatını itirib.
Ordu.az