Əfqanıstanda qalan ABŞ silahları Pakistanda terror hücumlarında istifadə olunur

2025/03/1741485845.jpg
Oxunub: 601     03:46     09 Mart 2025    
Əfqanıstanda ABŞ qüvvələrinin tərk etdiyi silahlar Pakistanda terror aktlarında istifadə edilir.

Ordu.az xəbər verir ki, bu barədə Pakistanın ədliyyə naziri Aqil Malik bildirib.

"Pakistanda Əfqanıstan torpaqlarından gələn və xüsusilə ABŞ-dən qalan silahlardan istifadə edilməklə törədilən hadisələr baş verib", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, terrorçular son olaraq Pakistanın qərbindəki Hayber-Paxtunxva əyalətinə hücum zamanı məhz ABŞ silahlarından istifadə ediblər.

Qeyd edək ki, bundan əvvəl Pakistan hökuməti "Taliban"ı ölkə ərazisində möhkəmlənməyə və avanpost yaratmaq cəhdində ittiham etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Pakistan  


Bizi "telegram"da izləyin