BƏƏ Suriyada vəziyyətin sabitləşdirilməsi səylərini dəstəkləyir

2025/03/1741484437.jpg
Oxunub: 526     23:12     08 Mart 2025    
BƏƏ silahlı qrupların Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələrinə hücumlarını pisləyib və respublikada təhlükəsizliyin təmin edilməsi üçün tədbirləri dəstəkləyib.

Ordu.az xəbər verir ki, bu barədə müvafiq bəyanat BƏƏ Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Qeyd olunub ki, BƏƏ bütün ərazilərdə Suriyanın sabitliyi və suverenliyinin qorunub saxlanmasını, həmçinin ölkədə sülh və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş bütün səyləri dəstəkləyir.

Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Hüms vilayətlərində Suriyanın yeni iqtidarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının silahlı qruplaşmaları arasında toqquşmalar baş verib. Ən şiddətli atışmalar Cəbələ şəhərində qeydə alınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   BƏƏ  


Bizi "telegram"da izləyin