Ordu.az xəbər verir ki, senator Ceyms Lankford DOGE-nin federal işçiləri ixtisar etməsi, büdcənin azaldılması və İlon Maskın rəhbərlik etdiyi obyektlərin bağlanması haqqında danışıb.
Lankford DOGE-nin Oklahomadakı “Tinker” aviabazasında və ABŞ ordusunun “McAlester” sursat zavodunda yüzlərlə işçini ixtisar edəcəyi ilə bağlı xəbərlərin narahatlıq doğurduğunu deyib.
Senator xəbərdarlıq edib ki, 1000-ə qədər mülki işçinin ixtisarı hazırda 1883 mülki işçisi olan MCAAP-dakı əməliyyatlara ciddi təsir göstərə bilər.
“Tinker”də 600 mülki işçimizi itirsək, baza fəaliyyət göstərə bilməz. Hərbi Hava Qüvvələrinin təyyarələrini uzun müddətdə havada saxlaya bilmərik. Bu bizim üçün həqiqətən vacibdir. Eyni şey “McAlester”ə də aiddir. Oradakı 1000 mülki işçini çıxarsaq, əməliyyatları davam etdirə bilmərik”, - deyə Lankford qeyd edib.
Sevinc Əliyeva
Ordu.az