İspaniya 7 mindən çox ukraynalı əsgərə təlim keçib

2025/02/1740587647.jpg
Oxunub: 491     20:26     26 Fevral 2025    
2022-ci ildən bəri 7 mindən çox ukraynalı hərbçi İspaniyada təlim keçib.

Ordu.az xəbər verir ki, bu barədə Krallığın Baş Qərargahının press-relizində deyilir.

“Avropa İttifaqının Ukraynaya hərbi yardım üzrə İspaniyadakı missiyası 2022-ci ilin noyabrından bəri 7 mindən çox ukraynalı əsgərə təlim keçib”, - məlumatda bildirilib.

Qeyd olunub ki, hərbçilər üçün təşkil edilən kurslar kifayət qədər müxtəlifdir: yeni çağırışçıların hazırlanması üçün əsas kursdan havadan dəstək kimi daha ixtisaslaşmış kurslara qədər.

Baş Qərargahdan əlavə edilib ki, 2024-cü ilin sonundan ilk dəfə Ukrayna hərbçilərinə beynəlxalq humanitar hüquq üzrə təlimlər keçirilməsinə başlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Ukrayna  


Bizi "telegram"da izləyin