Zelenski: "Ukrayna ABŞ ilə müqavilədə 10 sent borcun olmasına belə razı deyil"

2025/02/1740065279.jpg
Oxunub: 540     19:54     26 Fevral 2025    
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev ABŞ ilə razılaşma çərçivəsində borcun hətta qismən ödənilməsinə belə razı olmayacaq, çünki bu, təhlükəli presedent yaradacaq.

Ordu.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, o, bu barədə brifinqdə bildirib.

Zelenski vurğulayıb ki, Ukrayna sənəddə ABŞ-a borclu kimi göstərilməyib.

“Borc kimi hətta 10 sentin göstərilməsinə belə razı olmayacağam”, - o qeyd edib.

Eyni zamanda Zelenski əlavə edib ki, Ukrayna təmənnasız olmağı dayandıracağı təqdirdə ABŞ-dən gələcək dəstək variantlarını müzakirə etməyə hazırdır.

“Bu, yeni reallıqdır. Hər kəs içərisində olduğumuz şəraiti anlayır - biz müharibə vəziyyətindəyik. Düşünürəm ki, biz seçim edə bilməyəcəyik”, - o söyləyib.

Qeyd olunur ki, razılaşma çərçivə xarakterlidir və ratifikasiya tələb etmir. Gələcəkdə Kiyev və Vaşinqton onun təfərrüatlarını işləyib hazırlayacaqlar ki, bu da tərəflərin imzalanmasından sonra Ali Rada tərəfindən təsdiqlənməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin