Fransalı iki alim Rusiyanın Marseldəki konsulluğuna hücumda iştiraklarını etiraf edib

2025/02/1740576908.jpg
Oxunub: 431     17:04     26 Fevral 2025    
Milli Elmi Tədqiqatlar Mərkəzində (CNRS) işləyən Fransanın iki vətəndaşı Rusiyanın Marseldəki konsulluğuna hücumda iştiraklarını etiraf edib.

Ordu.az Fransa KİV-inə istinadən xəbər verir ki, bu barədə prokurorlar məlumat yayıb.

Məlumata görə, şübhəlilərdən biri mühəndis, ikincisi kimyaçıdır. Onlar fevralın 24-də konsulluğun bağçasına kimyəvi maddələrin qarışığı olan üç plastik butulka atıblar. Hadisə zamanı heç kim xəsarət almayıb və dağıntı qeydə alınmayıb.

Rusiya tərəfi hadisəni terror aktı adlandırıb, Fransa hökuməti isə diplomatik obyektlərin təhlükəsizliyinin pozulması hallarını pisləyib.

Şübhəlilər elə həmin gün Marseldə Ukraynayönümlü mitinqdə müəyyən edilərək saxlanılıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Rusiya  


Bizi "telegram"da izləyin