Ordu.az xəbər verir ki, bunu "Bloomberg" agentliyinə müsahibəsində Fransanın iqtisadiyyat və maliyyə naziri Erik Lombar deyib.
Onun sözlərinə görə, Ukraynada atəşkəsin təmin edilməsi üçün ABŞ-nin dəstəyinə ehtiyac olacaq.
“Əgər atəşkəsə əməl olunmasını istəyiriksə, ABŞ-nin dəstəyinə ehtiyacımız var. İnanıram ki, amerikalılar bununla razılaşıblar”, - nazir qeyd edib.
Lombarın sözlərinə görə, ABŞ-yə səfəri zamanı o, administrasiyanın nümayəndələri ilə ticarət, rüsum və qeyri-tarif maneələri ilə bağlı məsələləri müzakirə edib.
"Biz danışıqların davam etdirilməsi ilə bağlı razılığa gəldik, bu, irəliyə doğru addımdır", - nazir bildirib.
Daha əvvəl agentlik Qərb rəsmilərinə istinadən xəbər vermişdi ki, Böyük Britaniya və Fransa nizamlanmanın olacağı təqdirdə Ukraynada yerləşdirmək istədikləri qüvvələrə ABŞ-nin havadan dəstək verməsinə nail olmağa çalışır. Bu plana əsasən, Ukraynanın iri şəhərlərində, limanlarında və mühüm infrastruktur obyektlərində 30 minə qədər hərbçinin yerləşdirilməsinə ehtiyac olacaq.
Ordu.az