Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Washington Post” qəzeti indiki və keçmiş rəsmilərə istinad etdiyi xəbərdə İsrailin Qəzza müharibəsində ABŞ istehsalı bombalardan istifadə etməsinin tənqid edilməsindən sonra keçmiş prezident Co Baydenin 2024-cü ilin fevralında imzaladığı Milli Təhlükəsizlik Memorandumu-20-nin ləğv edilməsinə qərar verildiyini bildirib.
Sözügedən memorandum ABŞ hökumətindən digər ölkələrin ABŞ silahlarından istifadə etməsi ilə bağlı Konqresə hesabat hazırlamağı tələb edirdi.
Dövlət Departamenti KİV-lərin suallarını Ağ Evə yönləndirib, Ağ Ev isə şərh sorğusuna dərhal cavab verməyib.
Sevinc Əliyeva
Ordu.az