KİV: Starmer Trampla görüşə yeni Ukrayna planı ilə gedəcək

2025/01/1736053678.jpg
Oxunub: 490     05:38     20 Fevral 2025    
Gələn həftə Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron ABŞ-yə səfər edəcəklər və Britaniyalı siyasətçi ABŞ prezidenti Donald Trampa Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi planını təqdim edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat verib.

Burada söhbət 30 mindən az avropalı əsgərin yerləşdirilməsindən gedir.

Məlumatda deyilir ki, Starmer Trampı Şərqi Avropada ABŞ qırıcılarını və raketlərini hazır vəziyyətdə saxlamağa çağıracaq ki, Rusiya atəşkəsin hər hansı şərtini pozacağı təqdirdə öldürücü güclə cavab vermək mümkün olsun.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starmer   Tramp  


Bizi "telegram"da izləyin