Zelenski Ukraynanı NATO-da görmək istəməyən ölkələrin adlarını açıqlayıb

2025/02/1739593524.jpg
Oxunub: 513     03:55     20 Fevral 2025    
Avropa liderlərinin əksəriyyəti Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyir. Lakin buna qarşı çıxan ölkələr də var.

Ordu.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra deyib.

Onun sözlərinə görə, Macarıstan, Slovakiya, Almaniya və Amerika Birləşmiş Ştatları Ukraynanın NATO-ya qoşulmasının əleyhinədir. Lakin bu fikirlərin formalaşmasında ABŞ faktorunun böyük rolu var.

Prezident əlavə edib ki, Ukraynanın güclü ordusu var. Lakin onu saxlamaq üçün daima həm pul, həm də silah lazımdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna   NATO  


Bizi "telegram"da izləyin