Rusiya və ABŞ səfirləri yaxın zamanda vəzifələrinin icrasına başlayacaqlar

2025/02/1739967809.jpg
Oxunub: 396     16:11     19 Fevral 2025    
Rusiya və ABŞ-nin yeni səfirləri yaxın zamanda öz vəzifələrini tam şəkildə icra etməyə başlayacaqlar.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a Rusiya parlamentindəki mənbə məlumat verib.

"Rusiya və ABŞ səfirləri ən yaxın zamanda öz vəzifələrini tam həcmdə icra etməyə başlayacaqlar. Bu ikitərəfli münasibətlərin normallaşmasının fundamental məsələsidir", - mənbə bildirib.

Rusiyanın ABŞ-dəki əvvəlki səfiri Anatoli Antonov 2024-cü ilin oktyabrında Vaşinqtondakı missiyasını başa vurub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin