Lavrov: "Yaxın günlərdə İran nümayəndələri ilə danışıqlar aparacağam"

2025/02/1739360960.jpg
Oxunub: 461     15:23     19 Fevral 2025    
Rusiya xarici işlər naziri (XİN) Sergey Lavrov yaxın vaxtlarda İran hökumətinin nümayəndələri ilə danışıqlar aparmağı planlaşdırır.

Ordu.az "İnterfaks"a istinadə xəbər verir ki, bu barədə Rusiya XİN başçısı Dövlət Dumasında "hökumət saatı"nda bildirib.

"Yaxın vaxtlarda mənim İran nümayəndələri ilə təmaslarım olacaq", - S.Lavrov bildirib.

O qeyd edib ki, bu əlaqələr zamanı müzakirə olunacaq məsələlər sırasına Xəzər dənizində milli zonaları müəyyən edən xətlərin qurulması mövzusu da daxil olacaq ki, bu da İran üçün müvafiq konvensiyanın ratifikasiyasına dair şərtlərdən biridir:

"Biz ekspert səviyyəsində bir sıra həll yolları təklif etmişik, İranlı həmkarlarımız onları nəzərdən keçirirlər".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya  


Bizi "telegram"da izləyin