Dövlət Departamenti ABŞ KİV-ləri ilə bağlı vacib göstəriş verib

2025/01/1736407726.jpg
Oxunub: 441     13:39     19 Fevral 2025    
ABŞ Dövlət Departamenti Birləşmiş Ştatların bütün diplomatik missiyalarını xəbər agentliklərinə və nəşrlərə abunəliyi ləğv etməyə çağırıb.

Ordu.az xəbər verir ki, "The Washington Post" (WP) bu barədə qurumun daxili sərəncamına istinadən məlumat yayıb.

Məlumata görə, Dövlət Departamenti yüzlərlə ABŞ səfirliyi və konsulluğunun "The Economist", "The New York Times", "Politico", "Bloomberg", "Associated Press" və "Reuter" kimi agentliklərdən ödəniş müqabilində xəbər almağı dayandırmağı tələb edib.

Diplomatik missiya əməkdaşları abunəliyin saxlanılması üçün vəsatət qaldıra bilərlər. İstisna hal kimi bu icazənin verilməsi üçün, həmin səfirlik və ya konsulluq nəşrə abunəliyin saxlanılmasının diplomatik missiyanın təhlükəsiz fəaliyyəti üçün son dərəcə vacib olduğunu“bir cümlə ilə” əsaslandırmalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dövlət-Departamenti  


Bizi "telegram"da izləyin