Macarıstan Aİ-nin Rusiyanın 27 fiziki şəxs və təşkilatına qarşı sanksiya tətbiqinin qarşısını alıb

2024/11/1732250257.jpg
Oxunub: 326     13:07     19 Fevral 2025    
Macarıstan Rusiyadakı 27 fiziki şəxs və təşkilata qarşı Avropa İttifaqının (Aİ) sanksiyalarının tətbiqinin qarşısını alıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici iqtisadi əlaqələr və xarici işlər naziri Peter Siyarto bildirib.

Onun sözlərinə görə, siyahıya Patriarx Kirill də daxil edilib.

P.Siyarto, həmçinin qeyd edib ki, Rusiyaya qarşı 16-cı sanksiya paketi Macarıstan üçün Rusiya nefti və neft məhsullarından istifadə sahəsində istisnalar nəzərdə tutur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan     Rusiya  


Bizi "telegram"da izləyin