Vitse-spiker: Tailand sülh və tərəfdaşlığı təşviq etməyə sadiqdir

2025/02/1739954612.jpg
Oxunub: 355     12:29     19 Fevral 2025    
Tailand sülh və tərəfdaşlığı təşviq etməyə sadiqdir.

Ordu.az xəbər verir ki, bunu Tailand Nümayəndələr Palatası sədrinin müavini Paradorn Prissananantakul Asiya Parlament Assambleyasının (APA) fevralın 19-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən 15-ci plenar sessiyasında deyib.

O, Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik edib:

“Azərbaycan Qoşulmama Hərəkatına da uğurla sədrlik etdi. İndi isə 2024-2026-cı illər üzrə AQEM sədridir. AQEM-in hazırkı sədri kimi Azərbaycanı təbrik edirəm”.

P.Prissananantakul daha sonra ölkəsinin mövcud imkanlarından söz açıb:

"Tailand səhiyyə üçün qlobal mərkəz olmaqdan qürur duyur. Bizdə səhiyyə, sağlamlıqla bağlı imkanlar genişdir və bu istiqamətdə dünyaya öz töhfəmizi verməkdən qürurluyuq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Tailand  


Bizi "telegram"da izləyin