Litva müdafiə naziri: “Avropa Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq müdafiə xərclərini sürətlə artırmalıdır”

2025/02/1739949992.jpg
Oxunub: 589     13:25     20 Fevral 2025    
“Avropa Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq müdafiə xərclərini sürətlə artırmalıdır”.

Ordu.az xəbər verir ki, bunu Litva müdafiə naziri Dovile Şakalene “Bloomberg TV”yə verdiyi müsahibədə deyib.

“Biz sürətli bir şəkildə müdafiəyə pul xərcləməliyik və daha çox xərcləməliyik, yüz milyardlarla dolların dərhal xərclənməsi lazımdır”, - deyə o qeyd edib.

Avropa rəsmiləri müdafiə xərclərini artırmaq və Kiyevi dəstəkləmək üçün yeni paket üzərində işləyirlər, çünki prezident Donald Tramp Ukraynadakı müharibənin dərhal dayandırılmasını tələb edir.

Şakalene planın təfərrüatlarının hələ də işləndiyini bildirib və Avropa İttifaqının bir gəmi inşa etdiyini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin