HƏMAS bütün israilli girovları bir anda azad etməyə hazır olduğunu bildirib

2025/02/1739943569.jpg
Oxunub: 432     09:49     19 Fevral 2025    
Fələstinin "HƏMAS" hərəkatı qalan bütün israilli girovları birdəfəlik azad etməyə hazır olduğunu açıqlayıb.

Ordu.az-ın məlumatına görə, bu barədə "Al Jazeera" televiziya kanalı xəbər verib.

Qeyd edilib ki, Fələstin hərəkatı indilərdə Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlarda öz mövqelərini açıqlayan bəyanat yayıb.

"Biz daimi atəşkəsə və Qəzza zolağından qoşunların tamamilə çıxmağına səbəb olacaq razılaşma əldə etdikdən sonra məhbusların birdəfəlik dəyişdiriləcəyi ikinci mərhələyə hazırıq", - deyə bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Girov  


Bizi "telegram"da izləyin