ABŞ Moldova Milli Ordusuna bir qrup hərbi maşın təhvil verib

2025/02/1739941788.jpg
Oxunub: 469     00:17     19 Fevral 2025    
ABŞ Moldova Milli Ordusuna 29 “Hummer” hərbi maşını təhvil verib.

Ordu.az-ın məlumatına görə, bu barədə Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

"Bu yardım paketi Moldova Respublikası və ABŞ-ın müdafiə institutları arasında səmərəli və uzunmüddətli əməkdaşlığın bariz nümunəsidir və bu, bizim eyni məqsədlərə - sülh və təhlükəsizliyin təmin edilməsinə malik olduğumuzu təsdiqləyir", - deyə müdafiə naziri Anatoliy Nosatiy bildirib.

ABŞ-nin Moldovadakı Səfirliyi bildirib ki, ABŞ Moldova silahlı qüvvələrinin modernləşdirilməsinə dəstəyi çərçivəsində 29 yeni "Hummer" avtomobili hədiyyə edib. "Güclü tərəfdaşlığımız hər iki ölkəmizi daha təhlükəsiz və güclü edir", - deyə qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Moldova  


Bizi "telegram"da izləyin