Rubio ABŞ-nin Lavrova qarşı sanksiyalarının ləğvi ehtimalını istisna etmir

2025/02/1738728987.jpg
Oxunub: 478     20:58     18 Fevral 2025    
ABŞ Dövlət katibi Marko Rubio gələcəkdə Rusiya xarici işlər naziri Sergey Lavrova qarşı birtərəfli sanksiyaların ləğvi ehtimalını istisna etməyib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rubio Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş Rusiya-ABŞ danışıqlarının yekununda bildirib.

“Biz hələ ki, danşıqların o səviyyəsində deyilik. Amma, əlbəttə ki, müzakirə edilməli olan bir sıra mövzular var”, - o, mətbuat konfransında Vaşinqtonun gələcək addımlarının Lavrova qarşı sanksiyaların ləğvini əhatə edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Rubio vurğulayıb ki, hələ bu prosesə başlamayıblar, ilkin razılıq isə əldə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   Lavrov  


Bizi "telegram"da izləyin