Ərdoğan NATO-nun baş katibi ilə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə edib - YENİLƏNİB

2025/02/1739894952.jpg
Oxunub: 537     21:06     18 Fevral 2025    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Mark Rütte arasında telefon danışığı baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Rütte “X” hesabında məlumat yayıb .

Danışıqlar zamanı tərəflər Ukrayna üçün təhlükəsizlik zəmanətlərini və müdafiə xərclərininin artırması mövzusunu müzakirə ediblər.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun Baş katibi Mark Rutte arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının “X” platformasındakı paylaşımında bildirilib.

Görüş zamanı regional və qlobal məsələlər müzakirə olunub.

Türkiyə Prezidenti Ukrayna ilə Rusiya arasında müharibənin sona çatması üçün əlindən gələni etdiyini, bundan sonra da üzərinə düşəni yerinə yetirməyə davam edəcəyini, müharibəyə başlayan tərəflər də daxil olmaqla, bir çox beynəlxalq təşkilatların liderləri və təmsilçiləri ilə əlaqə saxladığını,ədalətli və davamlı sülhün mümkün olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Rutte  


Bizi "telegram"da izləyin