Zelenski Ukraynada ABŞ və Avropa ölkələri ordularının yerləşdirilməsini təklif edib

2025/02/1739892951.jpg
Oxunub: 523     19:06     18 Fevral 2025    
“Buna çox inamım yoxdur, amma əgər Putin müharibəni bitirmək istəyirsə, hər şeydən əvvəl əsirlərin mübadiləsi baş tutmalıdır”.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi görüşün nəticələrinə dair birgə mətbuat konfransı zamanı bildirib.

O, ikinci məsələnin isə Ukraynanın hansı tərəflərdən təhlükəsizliyinə dair zəmanət ala biləcəyinin bəlli edilməli olduğunu qeyd edib.

Zelenski Rusiya ordusu və işğalından qorxmadıqlarını, lakin təhlükəsizlik zəmanətinin daha çox insanın ölməməsi üçün vacib olduğunu vurğulayıb.

Bundan əlavə, Ukrayna lideri ABŞ və bəzi Avropa ölkələrinin Ukraynanın NATO-ya daxil olmasına qarşı olduqlarını, lazım olan dəstəyi ala bilmədiklərini də əlavə edərək, bu halda Ukraynada ABŞ və Avropa ölkələrinin ordularının yerləşdirilməsini təklif edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   ABŞ   Avropa  


Bizi "telegram"da izləyin