Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən yayılan açıqlamada bildirilib.
Qeyd olunub ki, Rubio və Lavrov Ukraynadakı münaqişənin həlli üçün danışıqlar qrupları yaratmaq barədə razılığa gəliblər.
Eyni zamanda Rubio və Lavrov ümumi geosiyasi maraq doğuran məsələlərdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Rusiyanın xarici işlər naziri və ABŞ dövlət katibi iqtisadiyyat və investisiyalar sahəsində gələcək əməkdaşlıq haqqında da razılığa gəliblər.
ABŞ Dövlət Departamentindən bildirib ki, Rusiya ilə ABŞ arasındakı zəng və görüş “davamlı sülh” üçün yetərli olmayıb, lakin Ər-Riyadda irəliyə doğru mühüm addım atılıb.
Ordu.az