Ərəb Dövlətləri Liqasının sammiti martın 4-nə keçirilib

2025/02/1739881584.jpg
Oxunub: 350     16:03     18 Fevral 2025    
Fələstin probleminin müzakirə ediləcəyi Ərəb Dövlətləri Liqasına üzv ölkələrin sammiti fevralın 27-dən martın 4-nə keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Fələstin məsələsinin müzakirə olunacağı Ərəb Dövlətləri Liqası fövqəladə sammiti martın 4-də keçiriləcək", -məlumatda bildirilib.

Misir XİN-dən qeyd edilib ki, yüksək səviyyəli görüş "digər ərəb ölkələri ilə razılaşdırılaraq" təxirə salınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ƏDL   Sammit  


Bizi "telegram"da izləyin