Rusiya XİN: Aİ-nin Ukrayna nizamlanması üzrə danışıqlarda rolu istisna edilir

2025/02/1739879688.jpg
Oxunub: 371     15:31     18 Fevral 2025    
Avropa İttifaqının Ukrayna nizamlanması üzrə danışıqlarda rolu istisna edilir.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Onun sözlərinə görə, hazırda Avropa ilə münasibətlərdə mümkün irəliləyişə dair heç bir sübut yoxdur.

Qruşko Rusiya və ABŞ arasında Ər-Riyadda aparılan danışıqların ilkin məsləhətləşmələr olduğunu və danışıqların məqsədinin tərəflərin əsas mövqelərini müəyyən etmək olduğunu söyləyib.

Rusiyalı nazir müavini ölkəsinin Ukraynada avropalı sülhməramlıların yerləşdirilməsi məsələsinə münasibətini açıqlayıb. Bildirib ki, Rusiya Federasiyasının avropalı sülhməramlıların Ukraynada yerləşdirilməsinə mənfi yanaşır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   XİN    


Bizi "telegram"da izləyin