Ərdoğan Ankarada Zelenski ilə görüşüb

2025/02/thumb-1739878424.jpg
Oxunub: 493     15:25     18 Fevral 2025    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident Sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Ordu.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, tərəflər təkbətək görüşdən sonra heyətlərin toplantısına sədrlik edəcək.

Görüşlərdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək. İki ölkə arasındakı əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Həmçinin Ukraynada son hadisələr və digər regional və qlobal məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Görüşlər başa çatdıqdan sonra müxtəlif sahələrdə sənədlər imzalanacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Zelenski  


Bizi "telegram"da izləyin