Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqları başa çatıb - YENİLƏNİB

2025/02/1739875758.jpg
Oxunub: 953     16:19     18 Fevral 2025    
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada keçirilən Rusiya-ABŞ danışıqları 4,5 saat davam edib.

Ordu.az xəbər verir ki, danışıqlar 15 dəqiqəlik fasilə və lanç fasiləsi daxil olmaqla 5 saata yaxın davam edib.

Danışıqlardan sonra Rusiya nümayəndə heyətinin üzvü, RF prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistərə açıqlamasında bildirib ki, ABŞ tərəfi ilə dialoq pis keçməyib.

Qeyd edək ki, Ər-Riyadakı görüşdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev təmsil edirlər. ABŞ nümayəndə heyətinə isə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff daxildir.

***

Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda aparılan danışıqların səhər sessiyası başa çatıb.

Ordu.az xəbər verir k, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Nümayəndə heyətləri işgüzar nahar yeməyinə başlayıblar.

***

Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda aparılan danışıqlar fasilədən sonra bərpa edilib.

Bu barədə Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, fasilə 15 dəqiqə davam edib.

***

Ər-Riyadda Rusiya və ABŞ arasında aparılan danışıqlarda kiçik fasilə elan edilib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Hazırda qısa fasilə elan olunub, daha sonra tərəflər danışıqlar prosesinə davam edəcəklər. Danışıqların detalları, tərəflərin mövqeləri ilə bağlı çoxlu suallarımız var", - M.Zaxarova bildirib. Onun sözlərinə görə, xarici işlər naziri Sergey Lavrov iki ölkə nümayəndə heyətləri arasında danışıqlardan sonra media ilə ünsiyyətdə olacaq.

Qeyd edək ki, kral ailəsinə məxsus "Əlbasatin" kompleksindəki "Diriyah" sarayında aparılan danışıqlar Rusiya-ABŞ münasibətlərinin bərpasına və Ukrayna məsələsinə həsr olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin