Avropa komissarı: "Aİ Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək"

2025/02/1739873366.jpg
Oxunub: 350     14:01     18 Fevral 2025    
ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etsə belə, Avropa İttifaqı (Aİ) bu addımı atmaq niyyətində deyil.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu iqtisadi məsələlər üzrə Avropa komissarı Valdis Dombrovskis Brüsseldə bildirib.

Onun sözlərinə görə, Aİ öz sanksiya siyasətini həyata keçirəcək.

"ABŞ-nin yeni administrasiyasının siyasətini nəzərə alaraq, Aİ təhlükəsizliyi ilə bağlı məsələləri öz əlinə almalıdır, bu, sanksiya siyasətinə də aiddir. Bilirsiniz ki, hazırda 16-cı paket üzərində iş gedir", - o, atəşkəs müqabilində ABŞ-nin Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyi təqdirdə Aİ-nin bu addımı atıb-atmayacağı ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Rusiya  


Bizi "telegram"da izləyin