Rusiya müdafiə şirkətləri IDEX və NAVDEX 2025 sərgilərində geniş iştirakla yeni məhsullarını təqdim edirlər

2025/02/2025--1739870489.jpg
Oxunub: 513     15:20     18 Fevral 2025    
Rusiya müdafiə şirkətləri IDEX və NAVDEX 2025 sərgilərində geniş iştirakla yeni məhsullarını təqdim edərək, qlobal bazarda mövqelərini möhkəmləndirməyə çalışırlar.

Ordu.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən IDEX 2025 və NAVDEX 2025 müdafiə sərgilərində qlobal silah bazarına qayıtmaq cəhdi ilə Rusiyada yerləşən müdafiə şirkətləri və Moskvanın dövlət şirkətləri yeni məhsullarını, digər həllərini sıx iştirakla nümayiş etdirirlər.

Bu kontekstdə Ukrayna müharibəsi səbəbiylə Rusiya müdafiə şirkətlərinin aşağı profil saxlaması ilə bağlı fikirlərə qarşı sərgidəki sıx iştirak Rusiyanın bazardakı mövqeyini gücləndirmək üçün atılan addım kimi qiymətləndirilir.

Bir çox Rusiya iştirakçısının öz məhsullarının təkmilləşdirilmiş versiyalarını nümayiş etdirdiyi IDEX 2025 Rusiya şirkətlərinin hətta sərginin rəsmi saytında göstərilmədiyi 2023-cü il sərgisindən nəzərəçarpacaq dərəcədə fərqlənir.

“Defence News”un məlumatına görə, sərginin ən çox ziyarət edilən salonlarından birində Səudiyyə Ərəbistanının “Military Industries” və Qətərin “Barzan Holdings” kimi əsas regional oyunçuları ilə yanaşı, Rusiya şirkətləri də olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   IDEX   NAVDEX-2025  


Bizi "telegram"da izləyin