STM milli döyüş gəmilərini və PUA sistemlərini Körfəzə daşıyır - FOTOLAR

2025/02/1739869947.jpg
Oxunub: 480     13:40     18 Fevral 2025    
Türkiyənin STM şirkəti NAVDEX 2025 sərgisində milli dəniz platformalarını və taktiki mini Pilotsuz Uçuş Aparatlarını (PUA) nümayiş etdirməklə, beynəlxalq əməkdaşlığa diqqət yetirir.

Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesinin qabaqcıl şirkətlərindən biri olan STM Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən NAVDEX sərgisində milli imkanlarla hazırlanmış hərbi dəniz platformaları və taktiki mini PUA sistemlərini nümayiş etdirir.


Türkiyənin “tam müstəqil müdafiə sənayesi” hədəfləri istiqamətində milli layihələri və ixracat uğurları əldə edən “STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş” milli texnologiyalarını xaricə daşımağa davam edir.


STM BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən, Körfəz bölgəsindəki mühüm müdafiə sərgilərindən biri olan NAVDEX-2025-də iştirak edir.


Sərgidə STM-nin əsas podratçısı olduğu və Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verdiyi MİLGEM “İstif” Sinfi layihəsinin ilk gəmisi və Türkiyənin ilk milli freqatı TCG “İstanbul” (F-515) sərgilənir.


Sərgidə Türkiyənin xüsusi əməliyyatlar və hücum məqsədli ilk milli sualtı qayıq dizaynı olan STM500, Türkiyənin milli korvet layihəsi olan “Ada” Sinfi, Logistika Dəstək Gəmisi və STM MPAC Sürətli Hücum Qayığı da iştirakçılara təqdim olunur.

Türkiyəli mühəndislərin imzasını daşıyan STM NETA insansız avtonom sualtı platforması ilk dəfə beynəlxalq sərgidə yerini alıb.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   STM   NAVDEX-2025  


Bizi "telegram"da izləyin