Türkiyə müdafiə sənayesi qlobal əməkdaşlıqlarla güclənir

2025/02/1366--1739866976.jpg
Oxunub: 411     14:21     18 Fevral 2025    
“Türk Havacılık ve Uzay Sanayii AŞ” ilə Əbu-Dabi müdafiə texnologiyaları şirkəti “Calidus Aerospace” arasında anlaşma memorandumu imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) “X” sosial media hesabında verdiyi açıqlamada bildirilib.

Açıqlamaya görə, Türkiyə MSK sədri Haluk Görgün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən IDEX 2025 sərgisində “Türk Havacılık ve Uzay Sanayii AŞ”, “ASSAN Group”, BMC, ROKETSAN, “Nurol Makina”, ASELSAN, HAVELSAN və FNSS stendlərini ziyarət edib, şirkətlərin ən son texnologiya məhsulları ilə yerində tanış olub.

Türkiyə MSK tərəfindən edilən başqa bir paylaşımda müdafiə sənayesində həyata keçirilən yeni əməkdaşlıqlara yer verilib.

“Sədrimiz Haluk Görgün IDEX 2025 çərçivəsində TUSAŞ ilə “Calidus Aerospace” arasında imzalanan anlaşma memorandumunun şahidi oldu. Bu müqavilə aviasiya və müdafiə sahəsində texnologiya transferini, istehsal imkanlarını və əməkdaşlıq imkanlarını artırmaqla, sektorumuza yeni təkan verəcək. Türkiyə müdafiə sənayesi yerli və milli texnologiyaları ilə qlobal miqyasda dəyər istehsal etməyə davam edir”, - deyə paylaşımda vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MSK   Calidus-Aerospace  


Bizi "telegram"da izləyin