MİDLAS-da “Atmaca” raketi detalı göründü

2025/02/Midla-1739866607.jpg
Oxunub: 471     12:46     18 Fevral 2025    
ROKETSAN MİDLAS Şaquli Buraxılış Sistemi “Atmaca” raketi ilə atış həyata keçirməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu konfiqurasiyanın maketi Əbu-Dabidə keçirilən IDEX 2025 sərgisində görünüb.

Bu yaxınlarda TCG “İstanbul” freqatı ilə missiyasına başlayan MİDLAS Şaquli Buraxılış Sistemi (VLS) müxtəlif tipli raketləri buraxmağa hazırlaşır.

İlk olaraq “Hisar-D RF” Orta Hündürlükdə Hava Hücumundan Müdafiə (HHM) Raketini buraxan MİDLAS gələcəkdə müxtəlif HHM, qanadlı və gəmi əleyhinə raketləri də buraxacaq.

Bu kontekstdə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində qapılarını açan IDEX 2025 Müdafiə Sənayesi Sərgisində yeni konfiqurasiyalarla bağlı təfərrüatlar diqqətdən kənarda qalmayıb.

Məlumata görə, ROKETSAN stendində nümayiş etdirilən MİDLAS modelində “Hisar-D RF”dən əlavə, “Siper Ürün I”, “Siper Ürün II” və “Atmaca” raketlərinin də olduğu görünüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   MİDLAS   Atmaca  


Bizi "telegram"da izləyin