Türkiyəli nazir: “Türksat 6A” tamamilə türkiyəli mühəndislər tərəfindən layihələndirilib və Türkiyə şirkətləri tərəfindən istehsal edilib”

2025/02/2025--1739866424.jpg
Oxunub: 436     13:00     19 Fevral 2025    
“Türksat 3A”nı əvəz edəcək yeni peyk üçün hazırlıqlara başladıq və bu peykin yerli, milli olmasını, daha inkişaf etmiş imkanlara sahib olmasını planlaşdırırıq”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

“Türksat 1A” ilə başlayan kosmos səyahətinin Türkiyənin yerli və milli peyki “Türksat 6A” ilə davam etdiyini xatırladan Uraloğlu hazırda kosmosda “Türksat”a məxsus 3A, 4A, 4B, 5A, 5B və 6A kimi 6 rabitə peykinin olduğunu açıqlayıb.

O, yerli istehsal olan “Göktürk” müşahidə peykinin də kosmosda xidmət etdiyini bildirib.

“İlk yerli və milli rabitə peyki olan “Türksat 6A” bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki tamamilə türkiyəli mühəndislər tərəfindən layihələndirilib və Türkiyə şirkətləri tərəfindən istehsal edilib. Hazırda sınaqların son mərhələsindəyik. Çox qısa müddətdə xidmətə başlayacaq”, - deyə türkiyəli nazir vurğulayıb.

“Türksat 6A”nın işə salınması ilə “Türksat”ın ilk dəfə 6 peyki və eyni uzunluqda 4 peyki eyni vaxtda işlədəcəyini bildirən Uraloğlu “Türksat”ın genişlənən tutumu ilə qlobal miqyasda müştərilərinə peyk rabitəsi sahəsində bir çox məhsul və xidmətlər təqdim edəcəyini vurğulayıb.

“Türksat”ın 2021-ci ildən sonra kosmosa 3 yeni rabitə peyki göndərdiyini deyən Uraloğlu dünyada 3-4 il ərzində 3 rabitə peykini kosmosa çıxara biləcək çox az ölkə olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Türksat-6A  


Bizi "telegram"da izləyin