“Kaspersky” BMT-nin Qlobal Rəqəmsal Sazişini dəstəkləyəcək

2025/02/2025--1739866270.jpg
Oxunub: 375     13:24     19 Fevral 2025    
“Kaspersky” şirkəti Birləşmiş Millətlər Təşkilatının Qlobal Rəqəmsal Sazişini dəstəkləyən təşkilatlara qoşulub.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin verdiyi açıqlamada bildirilib.

Açıqlamaya görə, müqavilə tərəflərin daha əhatəli, açıq və davamlı rəqəmsal gələcək yaratmaq üçün qəbul etməli olduqları məqsəd və prinsipləri müəyyən edir.

Rəqəmsallaşma yolu ilə davamlı inkişaf məqsədlərinə nail olunmasının sürətləndirilməsi, rəqəmsal iqtisadiyyatda iştirakın artırılması, insan hüquqlarına hörmət edən rəqəmsal məkanın təşviqi, məlumatların idarə edilməsinə məsuliyyətli yanaşmaların inkişafı və süni zəkanın beynəlxalq idarəçiliyinin hamının xeyrinə tənzimlənməsi kimi 5 əsas mövzu ətrafında qurulan saziş geniş dəstək qazanıb.

Bu addımla “Kaspersky” kiber riskləri minimuma endirməklə və cəmiyyəti rəqəmsal təhdidlərə qarşı immunitetli etməklə, dünyanı daha dayanıqlı etmək öhdəliyini bir daha təsdiqləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kaspersky   BMT  


Bizi "telegram"da izləyin