Ən çətin taktiki və əməliyyat ehtiyacları “Pars Alpha” 8×8 ilə qarşılanacaq

2025/02/2025--1739866210.jpg
Oxunub: 468     14:08     19 Fevral 2025    
Türkiyənin zirehli quru platforması istehsalçılarından biri olan FNSS tərəfindən hazırlanan “Pars Alpha” 8x8 üstün hərəkət və sağqalma qabiliyyəti, davamlılığı və qabaqcıl situasiya məlumatlılığı texnologiyaları ilə diqqət çəkir.

FNSS-in quru platformaları və zirehli döyüş vasitələri sahəsində 35 illik təcrübəsini əks etdirən zirehli döyüş vasitəsi bütün ərazi və hava şəraitində uğurlu performans təqdim edir.

Vasitə tənzimlənə bilən hidropnevmatik asqı sistemi və bütün oxlardan sükan idarəsi ilə çətin ərazilərdə yüksək manevr qabiliyyətini təmin edir. Bundan əlavə, o, mina, ballistik və əldəqayırma partlayıcı qurğu təhlükələrinə qarşı yüksək səviyyədə qorunma təklif edir, eyni zamanda, aşağı nasazlıq dərəcəsi ilə sahədə davamlı missiya hazırlığını təmin edir.

“Teber-II 30/40” uzaqdan idarə olunan qülləsi ilə təchiz edilən “Pars Alpha” 8x8 çevik silah inteqrasiyası sayəsində müxtəlif təhlükələrlə mübarizə apara bilən bir vasitə kimi seçilir.

“Pars Alpha” 8x8 yeni nəsil zirehli döyüş vasitələri sahəsində yenilikçi həllərə liderlik edərək, üstün hərəkətlilik və sağqalma qabiliyyəti, dayanıqlıq, situasiya məlumatlılığı və həyat dəstək sistemlərini ehtiva edən texnologiyaları tək platformada bir araya gətirir.

Hər növ relyef və hava şəraitində üstün hərəkət qabiliyyətinə malik “Pars Alpha” FNSS-in 8x8 vasitələrində təcrübəsi olan tam ötürücülü, hündürlüyü tənzimlənən müstəqil asqı və tam oxlu sükan sistemini ön güc qrupunun təmin etdiyi innovativ dizayn və bərabər ox paylanması ilə birləşdirərək, fərqli hərəkətlilik təklif edir.

Tənzimlənən sürüş hündürlüyünə malik hidropnevmatik asqı sistemi müxtəlif relyef şəraitinə asan uyğunlaşma imkanı verir. Tam oxlu sükan sistemi ilə xüsusilə dar yerlərdə yaşayış ssenariləri üçün optimallaşdırılmış dönmə radiusuyla ərazidə yüksək manevr qabiliyyətini təmin edir.

Vasitə son istifadəçi tərəfindən tamamlanan 5000 km yolsuzluqda və yol sürüşündə nümayiş etdirilən əməliyyat dayanıqlığı ilə üstün performans və etibarlılığa malikdir. “Pars Alpha” 8x8 özünəməxsus dizaynı sayəsində xüsusilə sahədəki logistik yükü azaltmaqla və sınaqlarla sübut edilmiş etibarlı dizaynı sayəsində aşağı uğursuzluq nisbətini təmin etməklə, istifadəçiyə hər zaman vəzifəyə hazır olmaq imkanı təqdim edir.

FNSS-in quru sistemlərindəki təcrübəsinin və dəyişən istifadəçi tələblərinə cavab verən uzaqgörənliyinin sübutu olan vasitə mexanikləşdirilmiş piyadaların döyüş meydanında vəzifələrini uğurla yerinə yetirmələri üçün istehsal edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pars-Alpha   FNSS   Türkiyə  


Bizi "telegram"da izləyin